SSRİ-nin sonuncu marşalı, Müdafiə naziri Dmitri Yazov 95 yaşında vəfat edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, D. Yazov fevralın 25-i Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edib.
D.Yazov 20 yanvar 1990-cı ildə Bakıya ordu yeridilməsinin təşəbbüskarlarından və qanlı planın icraçılarından olub. Bakıya sovet ordusunun hərbi müdaxiləsi nəticəsində yüzlərlə dinc sakin öldürülüb, minlərlə vətəndaş yaralanıb.