20 yanvar qırğının icraçılarından olan SSRİ müdafiə naziri Yazov öldü

SSRİ-nin sonuncu marşalı, Müdafiə naziri Dmitri Yazov 95 yaşında vəfat edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, D. Yazov fevralın 25-i Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edib.

D.Yazov 20 yanvar 1990-cı ildə Bakıya ordu yeridilməsinin təşəbbüskarlarından və qanlı planın icraçılarından olub. Bakıya sovet ordusunun hərbi müdaxiləsi nəticəsində yüzlərlə dinc sakin öldürülüb, minlərlə vətəndaş yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mərkəzi Bank yeni pulsayan maşınlar alacaq

Sonrakı məqalə

Şəhid olmuş sərhədçimiz Zərdabda dəfn olundu