Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihar edib.
Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.