“Bu, müstəqillikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir”

- Palata sədri
05 Noyabr 2019 - 13:02

2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir.

Trend-in məlumatına görə, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Vüqar Gülməmmədov cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.