3 ayda xaricə ət məhsulları və içki ixracı artıb

Ət bahalaşıb
Ət bahalaşıb

Birinci rübdə yeyinti məhsullarının ixracı 5,7 faiz artaraq 169,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft ixracının 18,6 faizini təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar sənaye məhsullarının ixracı 3,4 faiz artaraq 178,9 milyon ABŞ dolları təşkil edib.

Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3 faiz artıb.

Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.