3 dəqiqəyə 3 kilo qızılı belə oğurladılar- FOTOLAR

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda silahlı soyğun hadisəsi baş verib. Üzü bağlı və silahlı iki nəfər qısa zaman ərzində zərgərlik mağazasından xeyli miqdarda qızıl götürərək hadisə yerindən qaçıb. Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hatay’da silahlı kuyumcu soygunu: 3 dakikada 3 kilo altınla kaçtılar

Məlumata görə, olay Kırıkhan rayonunun Yenimahalle ərazisində yerləşən, Suriya vətəndaşı Zaher Alshabb-a məxsus zərgərlik mağazasında baş verib. Kask geyinmiş iki şübhəli şəxs əllərində tapança və pompalı tüfənglə mağazaya daxil olaraq orada olan dörd nəfəri silah gücü ilə masanın arxasına keçməyə məcbur edib. Daha sonra vitrindəki qızıl məmulatlarını əvvəlcədən gətirdikləri torbaya dolduran soyğunçular cəmi üç dəqiqə ərzində mağazanı tərk ediblər.

Təhlükəsizlik kamerası görüntülərində şübhəlilərin mağazaya silahlı şəkildə daxil olduqları, qızılları sürətlə topladıqları və panika yaratdıqları açıq şəkildə görünür. Hadisədən sonra aparılan ilkin araşdırma zamanı təxminən 3 kiloqram qızılın oğurlandığı müəyyən edilib.

Hatay’da silahlı kuyumcu soygunu: 3 dakikada 3 kilo altınla kaçtılar

Mağaza sahibinin polisə müraciətindən sonra hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı axtarış əməliyyatına başlayıb. Şübhəlilərin kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində işlərin davam etdiyi bildirilib. Hadisə bölgədə ciddi narahatlıq yaradıb və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi gündəmə gəlib.

Hatay’da silahlı kuyumcu soygunu: 3 dakikada 3 kilo altınla kaçtılar

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.