3000-dən çox müəllimin maaşına 35 faizə əlavə olub

Sertifikasiya imtahanlarında nə qədər müəllimin maaşına 10 və 35 faiz əlavə olunduğu açıqlanıb.

APA xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə məlumat verib.

O deyib ki, sertifikasiyadan keçən 5624 müəllimin maaşına 10, 3127 müəllimin maaşına isə 35 faiz əlavə olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.