320 milyon dollar xərc çəkilən toy bu gündür –Məşhur siyasilər, müğənnilər, biznesmenlər dəvət olunub /FOTO

Asiyanın ən varlı adamı olan Mukeş Ambaninin oğlu Anant və Radika Merkantin toyu 320 milyon dollara başa gələcək.

Azpost.info “Daily Mail” nəşrinə istinadən bildirir ki, iyulun 12-də dünyanın ən səs-küylü toylarından biri baş tutacaq.

Bu, dünyanın texnoloji rəhbərlərini, sənaye titanlarını, Bollivud ulduzlarını, pop ulduzlarını və yüksək səviyyəli siyasətçilərinin iştrak edəcəyi inanılmaz dərəcədə dəbdəbəli sərvət nümayişi olacaq. Qonaqlar arasında Devid və Viktoriya Bekhem, Böyük Britaniyanın keçmiş baş nazirləri Boris Conson və Toni Bleyr, Tanzaniya prezidenti Samia Suluhu Həsən, FİFA prezidenti Canni İnfantino, BOK-un vitse-prezidenti Xuan Antonio Samaranç, ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala, ABŞ-ın sabiq dövlət katibi Con Kerri, İsveçin keçmiş baş naziri Karl Bildt, Kanadanın keçmiş baş naziri Stiven Harper və dünyanın müxtəlif ölkələrindən olan digər yüksək səviyyəli şəxslər yer alıb.

Toyun təfərrüatları gizli saxlanılır, lakin mənbə MailOnline-a deyib: “Bu, inanılmaz miqdarda puldur. Heç bir toy buna çatmaz. Təsəvvür edə biləcəyiniz qədər böyük və ən yaxşıların ən yaxşısı ilə olacaq. Hər şey diqqətlə planlaşdırılıb və toyda dünyanın ən məşhur və qüdrətli adamları iştirak edəcək. Ambanilər var-dövlətlərinin bütün şöhrəti ilə nümayiş etdirmək üçün əməlli-başlı səy göstərdilər”.

Ənənəvi hind rituallarına uyğun olaraq nikah mərasimi Mumbayda Ambani ailəsi tərəfindən tikilmiş 16.000 nəfərlik geniş mədəniyyət və biznes mərkəzi olan Jio Dünya Konfrans Mərkəzində baş tutacaq. Ertəsi gün eyni yerdə  ənənəvi “ilahi xeyir-dua mərasimi” baş tutacaq, ardından bazar günü təmtəraqlı qəbul keçiriləcək.

100-ə yaxın aşpaz qonaqlar üçün Hindistan və Avropa delikateslərinin geniş seçimini hazırlayacaq.

Dəvətnamələr keçən ay hədiyyələr və əl işi olan şaldan ibarət bəzəkli qırmızı qutuda göndərilib. Hər bir dəvətin təxminən 9000 dollara başa gəldiyi təxmin edilir.

Hindistanın aparıcı dizaynerlərindən biri, eyni zamanda toyun yaradıcı direktoru olan Maniş Malhotra gəlin, bəy və onların ailələri üçün hər biri 12.000 dollardan baha olan onlarla toy kostyumlarını hazırlayıb.

Toyda Lana Del Rey, Drake və Adelin çıxış edəcəyi gözlənilir.

Ambani ailəsi dünyanın hər yerindən gələcək yüksək səviyyəli qonaqlarını daşımaq üçün üç Falcon 2000 təyyarəsi və 100-ə yaxın təyyarə kirayələyib.

Bütün VIP qonaqlar üçün dəbdəbəli yaşayış yerləri təmin edilib. Jamnagarda keçirilən ilk toydan əvvəl keçirilən tədbirdə qonaqlara Louis Vuitton çantaları, Bombay Artisan Co.-dan xüsusi idman çantaları, Bandhani və Paithani şərfləri, qızıl zəncirlər və s. o cümlədən ekstravaqant hədiyyələr veriləcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.