34 ölkə üzrə koronavirusa yoluxma halları 1 milyard nəfərə çatacaq –

3.2 milyon insan ölə bilər (Beynəlxalq Xilas Cəmiyyəti)
29 Aprel 2020 - 10:10

Beynəlxalq Xilas Cəmiyyətinin (İRC) Əfqanıstan, Suriya və Yəmən də daxil olmaqla, böhran və ya müharibə vəziyyətində olan 34 ölkədə COVID-19-ə yoluxma hallarının 1 milyarda çatacağı, 3.2 milyon insanın xəstəlik səbəbi ilə həyatını itirə biləcəyi barədə xəbərdarlıqla çıxış edib.

İRC prezidenti və icraçı direktoru Devid Millibrand bildirib ki, bu göstəricilər həyəcan təbilidir. O, pandemiyanın müharibələrdən sarsılmış ölkələrə tam, dağıdıcı və qeyri-proporsional təsirinin hələ hiss edilmədiyini deyib.

Millibrand hələ də qabaqlayıcı ölçülərin mümkünlüyünü qeyd edib. O əlavə edib ki, ilkin cavablar üçün maliyyə fondlarına ehtiyac var. İRC-in London İmperial Kollecin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanan təxminləri ilkin və mühafizəkardır.

IRC-nin son hesabatında “hamıya uyğun” bir model əvəzinə bu ölkələrdə “ağırlaşan humanitar durumlar” üçün yerli yanaşmalara ehtiyac olduğu bildirilir. Millibrand donor ölkələri, hökumətləri və təcili yardım təşkilatlarını “humanitar yardım yolunda hər bir maneəni aradan qaldırmaq üçün birlikdə işləməyə” çağırıb.

“Bu ölkələrdə ehtiyacları qarşılayacaq, unikal problemlərin həllində təcili beynəlxalq fəaliyyətlər olmasa insanlar öləcək, dolanmaq mümkün olmayacaq” – deyə, Millibrand əlavə edib. Sky News-a müsahibəsi zamanı Britaniya parlamentinin sabiq üzvü Millibrand zəngin ölkələri daha həssas durumda olanlara yardıma çağırıb.

O, Böyük İyirmilik və Avropa İttifaqının pandemiyaya qarşı ölçülərini tənqid edib. Millibrand ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına yardımları 60 gün müddətinə dayandırması qərarını geriyə atılmış addım kimi dəyərləndirib.

Bu arada Yaponiya Tibb Birliyinin rəhbəri koronavirus peyvəndi olmadan gələn ilə planlaşdırılan Olimpiya oyunlarını keçirməyin ölkə üçün çətin olacağını açıqlayıb.

“Yaponiya Olimpiya oyunlarını keçirməli və ya keçirməməlidir, demirəm, amma bunu etmək çətin olacaq” – deyə, Yoşitake Yokokura bildirib. “Effektiv bir peyvənd tapılmasa, Olimpiya oyunlarını keçirməyin çətin olacağını gözləyirəm”, o əlavə edib.

Təşkilatçılar dünyanın hər yerindən minlərlə idmançını cəlb edən və bu ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan idman yarışlarını pandemiya səbəbindən təxirə salmağa məcbur olub.

BMT-nin humanitar yardımlar şöbəsinin rəhbəri Mark Loukok həssas regionalardakı insanlara 90 milyard dollarlıq yardım göstərilməli olduğunu deyib. Ekspertlər virusun planetimizin ən yoxsul bölgələrinə hələ tam çatmadığını deyir.

Loukok 30-40 ölkədə 700 milyon insanın bəzi yardımlar aldığını deyib, lakin gəlirlər azaldıqca infeksiyaya görə qapanma ölçülərinin humanitar yardımları imkansız edəcəyini bildirib.

Con Hopkins Universitettinin statistik göstəricilərinə görə, dünyada 3 milyondan çox yoluxma faktı, 212 mindən çox ölüm halı qeydə alınıb. (Amerikanın Səsi)