36 il həbsdə olan 104 yaşlı kişi azadlığa buraxıldı

Hindistanda 104 yaşlı kişi həbsxanadan azadlığa buraxılıb. 

Azpost.info PTI saytına istinadən bildirir ki, qoca məhbus yüz yaşının üçdə birini həbsdə keçirdikdən sonra azadlığa çıxıb.

Rasikt Mondal 1988-ci ildə qardaşını torpaq mübahisəsinə görə öldürməkdə ittiham edilərək həbs cəzasına məhkum edilib. O, bir il müddətinə girov müqabilində sərbəst buraxılıb. Lakin Hindistan məhkəmələri onun azadlığa buraxılma tələblərini rədd etdikdən sonra yenidən həbsxanaya qaytarılıb.

“Neçə il həbsdə yatdığımı xatırlamıram. Sanki bu heç vaxt bitməyəcəkdi. Məni bura nə vaxt gətirdiklərini belə xatırlamıram” – deyə kişi bildirib. Qohumları və saxlandığı cəzaçəkmə müəssisəsinin əməkdaşları onun 104 yaşında olduğunu təsdiqləyiblər.

“İndi azad olduğum üçün özümü tamamilə öz həvəsimə – həyətdəki kiçik bağdakı bitkilərə qulluq etməyə həsr edə bilərəm. Ailəm və nəvələrim üçün darıxdım. Mən onlarla olmaq istəyirəm”, – deyə uzun ömürlü qeyd edib.

Əvvəlki məqalə

Ədliyyə Nazirliyinin baş idarəsinə rəis təyin edilib

Sonrakı məqalə

Ukrayna Avropa İttifaqı ilə kredit sazişi imzaladı