4 ay əvvəl öldürülmüş “Hizbullah”ın rəhbəri fevralda dəfn olunacaq

Hizbullah
Hizbullah
Ötən ilin sentyabrında öldürülmüş “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın dəfn mərasimi  fevralın 23-də keçiriləcək.
AzPost bildirir ki, bu barədə Livanın “Əl- Cedid” telekanalı məlumat yayıb.
Mərasimdə “Hizbullah” rəsmiləri, müqavimət liderləri və minlərlə insanın iştirakı gözlənilir.

Xatırladaq ki, 2024-cü ilin sentyabrın 27-də İsrailin Beyruta zərbələri nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah həlak olub.

Ölümündən sonra Hsrullahın harada dəfn olunduğu açıqlanmayıb.

“Sky News Arabia” telekanalının ötən ilin oktabrında yaydığı məlumatda qeyd olunub ki,  Hizbullah” hərəkatının baş katibi müvəqqəti olaraq gizli yerdə dəfn edilib.

Məlumata görə, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi nəzərə alınaraq verilib. “Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yetişənədək gizli şəkildə və gizli yerdə basdırılıb”, – deyə mənbə TV-yə bildirmişdi.

İranın “Mehrnews” Agentliyi isə İraq Baş nazirinin müşaviri Əbdül Əmir əl-Tayibənə istinadən  məlumat verib ki, Həsən Nəsrullah İraqın Kərbəla şəhərində torpağa tapşırılacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.