Ötən 4 ayda əhaliyə 3 milyard 152,2 mln manatdan çox vəsait ödənilib.
Bu barədə AzPost-a DSMF-dən bildirilib.
2025-ci ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 mlrd. 152,2 mln. manatdan çox vəsait ödənilib.
Bu, ötən ilin müvafiq dövrünə nisbətən təqribən 238,6 mln. manat və ya 8,19% çox olub.