İrəvanda keçirilən etiraz aksiyasında ASALA terroçu təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan Facebook-da yazıb.
Terrorçu Sasunyan 1982-ci ildə Los-Anceles şəhərində Türkiyənin konsulu Kamal Arıkı qətlə yetirib. Bu qətlə görə, o ömürlük həbs cəzası alıb. 2002-ci ildə azad olunması üçün müraciət etsə də əvf xahişi rədd edilib. 2021-ci ilin oktyabrında azadlığa buraxılıb və Sasunyan Ermənistana qayıdıb.
