“Aynzal” şirkətinin külli miqdarda vergi borcu var.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 235 857,62 manat təşkil edir.
“Aynzal” şirkəti 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Kamil Eldar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.