Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

5 min məhbus həbsdən azad edilib –

User 27 Aprel 2026 - 11:18 (Last updated: 27 Aprel 2026 - 11:21)
həbsxana

həbsxana

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı 22 935 şəxsə şamil edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Prezidentin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarın icrası başa çatıb: “Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib. Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 935 şəxsə şamil edilib.

Amnistiya tətbiq olunan şəxslərin 5 348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9 714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda, şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1 059 məhkum barəsində də amnistiya tətbiq olunub.

Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1 676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1 583 olmaqla, ümumilikdə 3.259 şəxs cinayət məsuliyyətindən azad edilib”.

Qeyd edilib ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.

AzPost.az

Post navigation

Previous: ADSEA Kür çayında mövcud vəziyyət barədə məlumat yaydı
Next: “Mən pedofil deyiləm…” –

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

hekim novbe
  • Baş Yazı

Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?

User 10 Noyabr 2026 - 12:55
Azərbaycanda icbari tibbi sığorta sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin artırılması nəzərdə tutulur. 2027-ci ildə bu məqsədlə 1,1...
Read more about Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?
Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı? photo_5445373109872566965_y
  • Dünya

Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı?

User 10 Noyabr 2026 - 12:43
ABŞ Ukraynanın sərhədlərini dəyişməyi təklif edib – Donetsk və Luqanskla bağlı plan rus ukr bayraq
  • Dünya

ABŞ Ukraynanın sərhədlərini dəyişməyi təklif edib – Donetsk və Luqanskla bağlı plan

User 10 Noyabr 2026 - 12:31
Ukrayna danışıqlardan əvvəl Avropa ilə görüşdü – Əbu-Dabidə nə baş verir? rus abs ukr danisiqlar
  • Dünya

Ukrayna danışıqlardan əvvəl Avropa ilə görüşdü – Əbu-Dabidə nə baş verir?

User 10 Noyabr 2026 - 12:26
Paşinyan Putinin iştirak edəcəyi tədbirə qatılmaqdan imtina etdi pasinyan
  • Dünya

Paşinyan Putinin iştirak edəcəyi tədbirə qatılmaqdan imtina etdi

User 10 Noyabr 2026 - 12:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.