50 min manatdan artıq kreditin təyinatı üzrə istifadə edilməməsi cinayət məsuliyyətinə səbəb olacaq

- Detallar
14 Aprel 2020 - 17:34

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, qəsdən müflisləşmə, müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi, kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma, daxili və xarici borcalma qaydasını pozma, əmtəə nişanlarından qanunsuz istifadə, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulması, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə, hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi 50 min manatdan artıq ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.

APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, qəsdən müflisləşmə, müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi, Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma, daxili və xarici borcalma qaydasını pozma, əmtəə nişanlarından qanunsuz istifadə, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulması, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə, hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi 20 min manatdan artıq ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olub.

Başhqa sözlə, bu əməllər nəticəsində xeyli məbləğdə ziyan dedikdə artıq 20 min manatdan deyil, 50 min manatdan artıq ziyan nəzərdə tutulacaq.