Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

57 min manat aliment borcu yığan iki ata məhkəmə zalında həbs olundu

Orkhan Ali 04 İyun 2025 - 16:00 (Last updated: 04 İyun 2025 - 15:36)
Aliment

Aliment

Bakıda keçmiş həyat yoldaşlarına aliment borcunu ödəməyən iki kişi həbs olunub. AzPost Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məhkəmə qərarları artıq qüvvəyə minib.

Məlumata görə, Qaradağ Rayon Məhkəməsi tərəfindən Salyan rayonunun Sarvan kənd sakini, 1988-ci il təvəllüdlü A.Ağayev barəsində hökm çıxarılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını və ya digər aktını icra etməmə) ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Ağayev keçmiş həyat yoldaşına 3 uşağa görə aylıq aliment ödəməli olduğu halda, uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Nəticədə onun 38 139 manat aliment borcu yaranıb. Məlum olub ki, o, daha əvvəl də qəsdən sağlamlığa ağır zərər vurma (126.1-ci maddə) ittihamı ilə məsuliyyətə cəlb edilib və 2019-cu ildə Əfv Sərəncamı ilə azadlığa buraxılıb. Lakin bu dəfə məhkəmə zalındaca həbs olunub.

Oxşar qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən də qəbul edilib. Belə ki, Şamaxı rayon sakini, 1979-cu il təvəllüdlü T.Əliyev aliment borcunu ödəmədiyinə görə 1 il həbs cəzası alıb. Onun da keçmiş həyat yoldaşına qarşı 18 912 manat aliment borcu yığılıb. T.Əliyev barəsində əvvəllər başqa yerə getməmək haqqında iltizam tədbiri seçilsə də, borcunu ödəmədiyi üçün məhkəmə zalında qandallanaraq həbs edilib.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda 64 məktəb bağlandı
Next: “Badamdar Estates”də 163 min manatlıq mənimsəmə

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.