573 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvü polisə işə qəbul olunub

Dekabrın 16-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

DİN-dən verilən məlumata görə, sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 337 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 90 nəfəri Vətən Müharibəsinin iştirakçıları və şəhid ailələrinin üzvləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qəbul imtahanlarında Vətən müharibəsinə dair məlumatlar necə təqdim olunacaq? –

Sonrakı məqalə

Naxçıvanda döyüş təlimləri keçirilib