Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

63 milyon manatlıq sifariş alan “universal” şirkət

Orkhan Ali 13 Oktyabr 2025 - 19:41 (Last updated: 13 Oktyabr 2025 - 17:55)
Vergi

Vergi

Dövlət satınalmalarında fəal iştirak edən bəzi şirkətlər var ki, müxtəlif satınalma predmetləri üzrə qalib elan edilir. Tutaq ki, bir quruma geyim sifarişi alan şirkət başqa bir qurum üçün təmir işləri görür, yaxud hansısa yerli icra hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalib olur.
Qaynarinfo xəbər verir ki, belə şirkətlərdən biri də “Vest-LTD” Qapalı Səhmdar Cəmiyyətidir (QSC).
QSC cari ilin 9 ayında 7 tenderin qalibi elan edilib. Bu tenderlər Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilib.
Yuxarıda adı çəkilən qurumlar şirkətdən inventarlar, auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı mallar, əsaslı və cari təmir işləri, abadlıq işləri, mebel, yataq ləvazimatları və xüsusi geyimlər almağı planlaşdırır. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 63 046 864,83 manatdır.
Satınalma predmetlərindən görünür ki, “Vest-LTD” QSC həm mebel, həm yataq ləvazimatları, həm xüsusi geyimlər satır, həm də təmir və abadlıq işləri görür.
Əlbəttə bir şirkətin çoxprofilli olması mümkündür. “Vest-LTD” QSC-nin də faliyyəti müxtəlif sahələri əhatə edə bilər. Lakin 9 aya 63 milyonluq sifariş alan bir şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdursa, şirkətin adicə əlaqə nömrələrinə, internet səhifəsinə rast gəlinmirsə, onun ümumiyyətlə fəaliyyəti şübhə altına düşür.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib. “Vest-LTD” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur. “Vest-LTD” QSC kimi Şahin Verdəliyev haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Mediada yer alan iddialara görə, şirkətin sahibi Hacı Ramazan Mirəzyevdir. O, “tender kralı” kimi tanınır. Hacı Ramazan Mirəzyevin nəzarətində olan şirkətlərin əsasən Bakı Şəhər İcra Hakimiyyətinin və onun nəzdində fəaliyyət göstərən qurumların, xüsusilə “Bakı Şəhəri Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderlərin qalibi olduğu iddia edilir.
“Vest-LTD” QSC də sözügedən MMC-nin tenderlərində bir çox hallarda qalib olur. Bu isə mediada yer alan iddiaların əsassız olmadığına şübhələri artırır.

AzPost.az

Post navigation

Previous: G7 ölkələri Rusiyanı ildə 80 milyard dollardan məhrum edə bilər
Next: Din Komitə dəbdəbəli ziyafətə 200 min xərcləyəcək

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.