“Xudafərinin işğaldan azad edilməsi regionun inkişafına yeni təkan verəcək” –NAZIR

Azərbaycanın İranla həmsərhəd bölgəsinin, xüsusilə Azərbaycanla İranı birləşdirən Xudafərin körpüsünün erməni işğalından azad edilməsi iki ölkənin əlaqələrinin və ümumən regionun hərtərəfli inkişafına yeni təkan verəcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi görüşdə vurğulayıb.

Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxındır işğalda saxladığını və ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törətdiyini qeyd edən S.Babayev sentyabrın 27-dən başlanan növbəti erməni təxribatları barədə məlumat verib. Azərbaycanın hətta cəbhədən uzaq yaşayış məntəqələrinin, mülki əhalisinin erməni terroruna, raket atəşlərinə məruz qaldığını, nəticədə mülki insanların həlak olduğu və yaralandığını, mülki infrastruktura ciddi ziyan dəydiyini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Üçüncü ölkələrin nizamlamaya cəlb olunması yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür” –

Sonrakı məqalə

Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir