“Üçüncü ölkələrin nizamlamaya cəlb olunması yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür” –KREML

“Dağlıq Qarabağdakı nizamlanmaya üçüncü ölkələrin cəlb olunması yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir – Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”, – deyə Kremlin sözçüsü Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev: “Mehriban Əliyevaya bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamadı”

Sonrakı məqalə

“Xudafərinin işğaldan azad edilməsi regionun inkişafına yeni təkan verəcək” –