7 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək

- Xocalı soyqırımının ildönümü ilə əlaqədar
25 Fevral 2020 - 12:14

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.