7 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək- Xocalı soyqırımının ildönümü ilə əlaqədar

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi bəyanat yaydı, təxribata uymamağa çağırdı:

Sonrakı məqalə

Naxçıvan Ali Məclisinə yeni komitə sədrləri seçildi