Rusiyada 7 yaşlı qız pul kisəsini pəncərədən yerə atıb.
Azpost.info bildirir ki, Moskvada uşaq anasının ona hirslənməsinə etiraz edərək içində təxminən 88.000 dollar olan bir çantasını pəncərədən atmaqla “qisas almaq” qərarına gəlib.
Pul kisəsini isə yeniyetmələr tapıb. Onlar pulun bir hissəsini öz aralarında bölüşdürüblər, qalanını isə yandırıblar.
Uşaqlar daha sonra valideynlərinə bu barədə deyiblər. Bundan sonra valideynlər sahiblərini tapıb pulu qaytarmağa qərar verib.