MM sədri: “Prezidentin də dediyi kimi, Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”
11 Dekabr 2020 - 11:09

“Dünən Azadlıq meydanında möhtəşəm zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, paradda Türkiyənin əsgər və zabitlərinin iştirakı bayram abı-havasını daha da artırıb: “Türkiyənin bu möhtəşəm tədbirdə bizimlə birgə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Prezidentin də dediyi kimi, Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”.