1945-ci ildə istehsal olunmuş şərabının bir şüşəsi dünya rekordu qıraraq hərrac satışları tarixində satılan ən bahalı şərab olub.
Azpost.info bildirir ki, bu barədə UPI-nin məlumatında deyilir.
Söhbət hərracda 812.000 dollara satılan 750 ml-lik Domaine de la Romanée-Conti 1945 şərabından gedir. Bir şüşə şərabın əvvəlki rekordu 2018-ci ildə qeydə alınıb və 558.000 dollar olub.
Hərrac evinin məlumatına görə, 1945-ci il məhsulu xüsusi tarixi əhəmiyyətə malikdir. Bu, əmlakın ən qədim üzüm bağları sayılan fillokseranı, iki dünya müharibəsini və təxminən bir əsrlik Burqundiya tarixini yaşamış üzüm bağlarını yenidən əkməsindən əvvəlki son məhsul idi.
İstehsalın son dərəcə məhdud olması səbəbindən bu şüşələr olduqca nadir hesab olunur və kolleksiyaçılar tərəfindən çox bəyənilir. Bir çox mütəxəssis qeyd edir ki, bu üzümlərdən alınan şərab unikal sayılır.