82 yaşlı Al Paçino dördüncü dəfə ata olmağa hazırlaşır

Əfsanəvi Hollivud aktyoru Al Paçino dördüncü dəfə ata olmağa hazırlaşır. 

Azpost.info bildirir ki, Paçinonun nümayəndəsi PEOPLE nəşrinə 82 ​​yaşlı aktyorun və 29 yaşlı sevgilisi Nur Alfallanın körpə gözlədiklərini təsdiqləyib.

Alfalla 2022-ci ilin aprelindən Paçino ilə görüşür.

“Xaç atası” filminin məşhu ulduzunun artıq 3 uşağı var. Onun 1997-2003-cü illərdə birlikdə yaşadığı  D’Anjelodan 33 yaşlı Julie Marie və əkizləri Anton və Olivia (22) adlı üç övladı var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.