Bu ilin yanvar-sentyabr aylarında – (01.01.2024 – 01.10.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 603,7 mln. ABŞ dolları təşkil edib.
Bu barədə Azpost.info-ya Neft Fondundan bildirilib.
ARDNF-dən verilən məlumata görə, 2023-cü ilin eyni dövründə sözügedən göstərici 5 234 mln. ABŞ dolları səviyyəsində olub.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 364,465 mln. ABŞ dolları təşkil edib.
Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 – 01.10.2024 tarixinə) 113,878 mln. ABŞ dolları olub,