9 ayda ölkəyə neftdən 4 milyard 603 milyon dollar gəlir gəlib

Bu ilin yanvar-sentyabr aylarında – (01.01.2024 – 01.10.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 603,7 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Azpost.info-ya Neft Fondundan bildirilib.

ARDNF-dən  verilən məlumata görə, 2023-cü ilin eyni dövründə sözügedən göstərici 5 234 mln. ABŞ dolları səviyyəsində olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 364,465 mln. ABŞ dolları təşkil edib.

Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 – 01.10.2024 tarixinə) 113,878 mln. ABŞ dolları olub,

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.