9 yaşlı qız atasının avtomobilini qaçırıb

ABŞ-ın Yuta ştatında 9 yaşlı qız atasının avtomobilini qaçırıb.

Azpost.info bildirir ki, maşında ondan başqa 4 yaşlı balaca bacısı da olub. Evdən 16 kilometr uzaqlaşdıqdan sonra avtomobil yük maşınına çırpılıb. Xoşbəxtlikdən uşaqlar xəsarət almayıblar. Qız bildirib ki, okeanda çimmək üçün Kaliforniyaya getmək istəyirmiş.

Polis tvitterdə yazıb ki, sükan arxasında 9 yaşlı qız oturub, 4 yaşlı bacısı isə arxa oturacqda əyləşib. Magistral yolla gedərkən yük maşınına çırpılıblar. Maşın ciddi zədələnib. Təhlükəsizlik kəmərini bağladıqlarına görə, uşaqlar xəsarət almayıblar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hikmət Hacıyev jurnalistlərin minaya düşərək həlak olmasından yazdı

Sonrakı məqalə

Sabaha olan hava proqnozu