90 yaşlı rəssamın əsəri hərracda 20 milyona satıldı- FOTO

Alman rəssamı Gerhard Rixterin 1996-cı ildə çəkdiyi “192 rəng” adlı rəsm əsəri hərracda 20,4 milyon dollara satılıb.

Azpost.info xəbər verir ki, bu barədə əsərin satıldığı “Sotheby’s” hərrac evindən məlumat verilib.

Hərrac evi hesab edir ki, rəsm əsəri fövqəladə cəsarətli və barışmaz bədii jest kimi özünü göstərir.

Gerhard Rixterin 90 yaşı var. O, Venesiya biennalesində “Qızıl şir” mükafatı laureatıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.