Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstanda təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib.
Bu barədə Xarici İşlər Nazirliyinin “Tvitter” hesabında paylaşım edilib.
Xarici İşlər Nazirliyi təyyarə qəzasında paraşütçülərin həlak olması ilə bağlı Rusiya xalqına, ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu gün Tatarıstanda paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 6 nəfər yaralanıb.
Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Əlaqə whatsapp: +994 77 530 95 85
Bizi sosial şəbəkələrdə izləyin
AzPost© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.