Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Səfir təbrikini Azərbaycan dilində səsləndirib.
“Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”.