BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı “hərbi əsirlərin dərhal qaytarılması” barədə iddiasını təmin etməyib.
Azpost.info bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.
Beynəlxalq Məhkəmə həmçinin erməni tərəfinin “Hərbi qənimətlər Parkının bağlanması” və “Azərbaycanın hərbi cinayətlərinin təhqiq edilməsi” haqqında iddialarını da təmin etməyib.
Hakimlər bildiriblər ki, Ermənistan bu məsələlərlə bağlı əsaslandırılmış subutlar təqdim edə bilməyib.
Beynəlxalq Məhkəmə Ermənistandan Azərbaycana qarşı millətlərarası nifrətin körüklənməsinin dayandırılmasını tələb edib.