Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” H qrupunda son matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri İsveçrədə “Bazel”in qonağı olub. İlk iki yerdən birini öncədən təmin edən Ağdam klubu qrup qalibi olmaq üçün meydana çıxıb.
Qarşılaşma təmsilçimizin üstünlüyü ilə başlayıb. Artıq 1-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra müdafiəçi topu qapının içindən qaytarsa da, hakim təmiz qolu saymayıb. “Qarabağ”ın ardıcıl real imkanlarına baxmayaraq, hesabı ev sahibləri açıb. Fasilədən sonra da ssenari dəyişməyib. Yenə şansları sağa-sola “xərcləyən” komandamız qapısında daha iki top görüb.
Nəticədə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” qrupda ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb. “Bazel” isə 1/8 finala yüksəlib.
Qeyd edək ki, qrupun digər matçında “Omoniya” ilə “Kayrat” birincilərin meydanında qolsuz bərabərə qalıb.
Konfrans Liqası
Qrup mərhələsi, VI tur
H qrupu, 9 dekabr
00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 3:0
Qollar: Artur Kabral, 33, 74 Paytim Kasami, 62
Baş hakim: Fran Yoviç (Xorvatiya)
“Bazel”: 1. Heinz Linder, 20. Fabian Frey, 6. Nasser Ciqa, 28. Raul Petretta, 22. Serxio Lopes, 7. Paytim Kasami, 20. Uoter Burqer, 35. Matias Palasios, 14. Valentin Stoker (k), 99. Edon Jeqrova, 10. Artur Kabral
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 4. Eray Cömert, 5. Maykl Lanq, 8. Jordi Kintilya, 9. Sebastyano Esposito, 17. Liam Millar, 19. Darian Males, 27. Dan Ndoye, 30. Tomaş Tavares, 40. Liam Çipperfild, 96. Joelson
Baş məşqçi: Patrik Rahmen
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Bazel. “Sent Yakobs Park”
1 | Bazel | 6 | 4 | 2 | 0 | 14-6 | 14 |
2 | Qarabağ | 6 | 3 | 2 | 1 | 10-8 | 11 |
3 | Omoniya | 6 | 0 | 4 | 2 | 5-10 | 4 |
4 | Kayrat | 6 | 0 | 2 | 4 | 6-11 | 2 |