“Zelenskinin məyusluğunu başa düşürəm, lakin müharibə ölkənin hüdudlarından kənara çıxmamalıdır”.
Azpost.info xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
Baş katib NATO-nun Ukraynadakı müharibəyə müdaxiləsini istisna edib.
Onun sözlərinə görə, NATO öz üzərinə silah tədarükü və maliyyə yardımından kənar heç bir öhdəlik götürmür: “Mən prezident Zelenskinin və Ukrayna xalqının məyusluğunu başa düşürəm. Çünki onlar prezident Putinin işğalçı qoşunlarının, amansız, mənasız müharibənin qurbanı olublar. Lakin bu münaqişənin nəzarətdən çıxmamasını və Ukrayna sərhədlərini aşmamasını təmin etmək lazımdır”.
Azpost.info
