“Ermənistan sülh danışıqlarında Fransanın iştirakını istəyəcək” –ZƏRDÜŞT ƏLİZADƏ

Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına yardım etmək üçün ATƏT-in Minsk Qrupuna müraciət edib. Rəsmi İrəvan həm də Qarabağla müzakirələrin Minsk Qrupu formatında aparılmasını istəyir. 44 günlük müharibədən sonra ATƏT-in Minsk Qrupu faktiki olaraq əhəmiyyətini itirib. Rəsmi Bakı bəyan edib ki, Qarabağ problemi artıq həllini tapıb. Azərbaycan işğal olunmuş torpaqlarını azad edərək status-kvonu dəyişib.

Bu halda ATƏT-in Minsk Qrupu Qarabağ müzakirələrinə hansı töhvəni verə bilər? Ümumiyyətlə, Minsk Qrupunun hazırki statusu buna imkan verirmi?

Mövzunu Azpost.info-ya şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, Ermənistanın Minsk Qrupuna müraciəti daxili auditoriyaya hesablanıb: “Ermənistan rəhbərliyi anlayır ki, Qarabağ məsələsində uduzub. Lakin bunu açıq şəkildə ictimaiyyətə deyə bilmir. Çünki müxalifət bundan istifadə edərək hakimiyyəti ciddi şəkildə sarsıda bilər”.

Politoloqun sözlərinə görə, bu baxımdan, İrəvan bu cür addımlarla belə bir rəy formalaşdırmaq istəyir ki, Qarabağ məsələsəinin Ermənistanın xeyrinə həlli üçün bütün mümkün variantlardan istifadə edir: “İrəvan anlayır ki, bu müraciətin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan buna razılaşmayacaq. O zaman Ermənistan sülh danışıqlarında işitrak üçün Fransanın köməyindən istifadə etməyə çalışacaq. Yəni, danışıqlarda Fransanın da iştirakını istəyəcək. Azərbaycan təbii olaraq buna da razılıq verməyəcək. Beləliklə, Ermənistan hakimiyyəti cəmiyyətə nümayiş etdirəcək ki, Qarabağ məsələsinin həlli üçün bütün imkanlardan istifadə edildi, lakin Azərbaycan mane olur və bu baxımdan problemin həlli dalana dirənib”, – deyə Zərdüşt Əlizadə bildirib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məyusluğu başa düşürəm, amma müharibə Ukraynadan kənara çıxmamalıdır” –

Sonrakı məqalə

“Müharibə uzansa, Moskva nüvə silahı ilə təhdid edə bilər” –