“Ermənistan bizim torpaqlarımıza milyonlarla mina yerləşdirib”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“də bildirib.
“Azərbaycanda 3000-dən çox mina qurbanı qeydə alınıb. Qlobal Etimad Fondu bizim minasızlaşdırma layihələrimizə dəstək olmalıdır”, – Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev Bakıda 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı beynəlxalq konfransın keçirildiyini də diqqətə çatdırıb.