Danimarka Rusiyanın 15 diplomatını ölkədən çıxarır

Danimarka Rusiyanın 15 diplomatını ölkədən çıxarır.

Azpost.info xəbər verir ki, Danimarka Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ölkədən çıxarılan diplomatlar Rusiya səfirliyində işləyən gizli kəşfiyyatçılar olublar: “Bu gün Xarici İşlər Nazirliyində keçirilən iclasda Rusiya səfirinə bu barədə məlumat verilib. Onların Danimarkanı tərk etmələri üçün 14 gün vaxtı var”. Son həftələrdə Avropanın təhlükəsizliyinin mənzərəsi kəskin şəkildə dəyişdi. Bu qərarla biz Moskvaya açıq siqnal göndəririk ki, biz rus kəşfiyyatçılarının Danimarka torpaqlarında casusluq etməsi ilə razı deyilik. Onlar bizim milli təhlükəsizliyimizə təhlükə yaradırlar. Biz buna laqeyd qala bilməzdik”, – XİN rəhbəri Jeppe Kofod bildirib.

Onun sözlərinə görə, Danimarka Moskva ilə diplomatik münasibətləri kəsmir. Bu səbəbdən Rusiya səfiri və səfirliyin qalan üzvləri deportasiya edilməyəcək: “Rusiya səfiri Kremlə birbaşa mesajlar çatdırmaq üçün bizim əsas kanalımızdır. Biz bundan son vaxtlar bir neçə dəfə istifadə etmişik. Məsələn, Danimarkanın Rusiyanın Ukraynaya qəbuledilməz hücumunu kəskin şəkildə pislədiyini vurğulamaq üçün”. Rusiya səfiri həmçinin Danimarka hökumətinin rus hərbçilərinin Buçanın mülki əhalisinə qarşı qəddarlığını pisləməsi barədə məlumatlandırılıb. Səfirin diqqətinə çatdırılıb ki, mülki şəxslərə qəsdən hücumlar müharibə cinayətidir.

Azpost.info

Əvvəlki məqalə

Şagirdin videosunun yayılmasına görə müəllimə xəbərdarlıq edilib

Sonrakı məqalə

Zelenski Ukraynaya qarant olacaq dövlətlər üçün şərtini açıqladı