“Ya “rus dünyası” olacaq, ya da “amerikançılıq”!” –Züqanov savaşın hədəfini açıqladı

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib ki, Rusiyanın Ukrayanda keçirdiyi xüsusi əməliyyat “rus dünyası” məsələsini həllinə və ənənələrin qorunub saxlanmasına yönəlib. 
Azpost.info bildirir ki, Züqanov bu barədə Dumada hökumətin hesabatı ilə bağlı çıxış zamanı deyib: “Rusiya bu məsələni həll edir: Ya bizim bütün ənənələri, böyük tarixi  ilə birgə “rus dünyası” olacaq, ya da bu “amerikançılığı” bizə sırıyacaqlar”. 
“Anlamaq çox vacibdir: bu gün bizim üçün iki variant var – Ya həyatın sosializasiyası ya da amerkansayağı qloballaşma”-deyə deputat bildirib.
Züqanov Moskvada ingilis dilində yazılmış lövhələrin çoxluğundan narazılıq edib. “Sobyanin savadlı, güclü rəhbərdir. Amma bu cəfəngiyyat nəyə gərəkdir. Özümüzə hörmət etməliyik”- deyən komunist rəhbər bununla bərabər xaricilərə qarşı olmadığını vurğulayıb.
Əvvəlki məqalə

“Başqa dövlətlər çətin ki, bu sanksiyalara davam gətirə bilərdi” –

Sonrakı məqalə

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı açıqlandı