“Başqa dövlətlər çətin ki, bu sanksiyalara davam gətirə bilərdi” –Rusiyanın Baş naziri

“Rusiyaya qarşı məhdudiyyətlərin müəllifləri sanksiya tufanı ilə iqtisadiyyatın bir neçə gün ərzində dağılacağına ümid edirdilər. Amma bu baş vermədi”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın Baş naziri Mişustin Dövlət Dumasında çıxışı zamanı deyib.
“Yeni sanksiyalar görünməmiş miqyasdadır. Bütün sanksiyaların sayı 6 mini ötüb. Bunlar ölkəyə qarşı olan fərdi və sektorial sanksiyalardır. Başlıcası odur ki, bu bütün vətəndaşlara qarşı yönəlib”-deyə Mişustin bildirib.
Baş nazir deyib ki, məhdudiyyətlərin məqsədi panika yaratmaq və hər bir vətəndaşa zərbə vurmaq olub: “Bu strategiyanın müəlliflərinin hesablamalarına görə, sanksiya tufanı bir neçə günə bizim iqtisadiyyatımızı dağıdacaq. Onların ssenarisi alınmadı. Çətin ki, Rusiyadan başqa digər hər hansı dövlət bununla bacara bilərdi. Biz bunun qarşısında dura bildik”.
Əvvəlki məqalə

“Mağazalarda çaxnaşmanı dayandıra bildik, pensiyalar da artacaq” –

Sonrakı məqalə

“Ya “rus dünyası” olacaq, ya da “amerikançılıq”!” –