Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları Çartar kəndi yaxınlığında artilleriya mövqeyini zərərsizləşdirib.
“Bu gün aparılan mühəndis işləri zamanı Rusiya sülhməramlı kontingenti Çartar kəndi yaxınlığında artilleriya mövqeyini zərərsizləşdirib. Ümumilikdə 2 ədəd 152 mm-lik artilleriya qurğusu və 60 sursat məhv edilib”, – deyə Rusiya sülhməramlılarının rəsmi Telegram kanalında deyilir.
Qeyd edək ki, azərbaycanlılara məxsus olan Çartar kəndi 1992-ci ildə Qarabağın erməni separatçılarının nəzarətinə keçib.
Azpost.info