Putin Şarl Mişellə Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışığı zamanı Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna da toxunulub.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin telefon söhbətinin detalları ilə bağlı yaydığı məlumatda bildirilir.

“Vladimir Putin və Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə bu yaxınlarda apardıqları təmaslar nəzərə alınmaqla, Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna da toxunulub. Ermənistan, Azərbaycan və Rusiya arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli fundamental üçtərəfli sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti bir daha təsdiqlənib. Bu kontekstdə Rusiya prezidenti iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib”, – Kremldən bildiriblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.