Çexiya BMT İnsan Hüquqları Şurasında Rusiyanın yerini tutmaq üçün müraciət edib.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Rusiya Ukraynadakı təcavüzə, insan iztirablarına və dağıntılarına görə məsuliyyət daşımalıdır. Ona görə onun BMT İnsan Haqları Şurasına üzvlüyü dayandırılıb. Çexiya Şurada Rusiyanı əvəz etmək istəyir, biz namizədliyimizi təqdim etmişik. İnsan hüquqlarının müdafiəsi Çexiya hökumətinin prioritetidir”, – XİN-dən bildiriblər.
Qeyd edək ki, BMT Baş Assambleyası aprelin 7-də Rusiyanın İnsan Hüquqları Şurasından çıxarılmasına səs verib.
Azpost.info