Ukrayna Ali Radası Konstitusiyada ölkənin NATO-ya üzv olmaq niyyəti ilə bağlı müddəaları dəyişməyəcək.
Azpost.info xəbər verir ki, bunu Ukrayna parlamentinin sədri Ruslan Stefançuk bildirib. Onun sözlərinə görə, hökumət üçün əsas prioritet Ukraynanın hər bir vətəndaşının təhlükəsizliyidir: “Bunun üçün ölkə təhlükəsizlik zəmanəti almalıdır. Kiyev onlardan istifadə edəcək. Konstitusiyada NATO, Avropa İttifaqı ilə bağlı yazılanlar bizim gələcəyə dair baxışlarımızdır”.
Azpost.info