Niderland Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırır

Niderland Xarici İşlər Nazirliyi aprelin 27-dən ruslara qısamüddətli vizaların verilməsini dayandırır.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfirliyi məlumat yayıb. “Rusiya hökumətinin Niderland səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarını “persona non-qrata” elan etmək qərarına görə Krallığın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına qısamüddətli vizaların verilməsini dayandırmağa məcbur olub”, – səfirlikdən bildiriblər.

Məlumata görə, müvəqqəti yaşayış icazəsi və ya ikitərəfli razılaşma ilə nəzərdə tutulmuş üzrlü səbəblər olduqda humanitar səbəblərə görə müraciətlər üçün istisnalar ediləcək.

Qeyd edək ki, aprelin 19-da Rusiya XİN Niderlandın Moskvadakı səfirliyinin 14 əməkdaşını və Sankt-Peterburqdakı Baş Konsulluğun əməkdaşını “persona non-qrata” elan edib. Onlar 14 gün ərzində ölkəni tərk etməlidirlər. Azpost.info

Əvvəlki məqalə

“BMT-Rusiya-Ukrayna təmas qrupu yaradılsın!” –

Sonrakı məqalə

Azərbaycanda son 17 ildə nə qədər neft və qaz çıxarılıb? –