Partlayıcı və zəhərli maddələr anbarlardan çıxarılıb –DİN yanğınla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən daxil olan məlumatda bildirilir ki, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunub. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyyəsini təmin ediblər. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.