“Putin 9 mayda Ukraynaya rəsmən müharibə elan edə bilər” –CNN

Rusiya prezidenti Vladimir Putin 9 may Qələbə günü çıxışında Ukraynaya rəsmən müharibə elan edə bilər.

Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, belə bir addım Rusiya liderinə Ukraynanın şərqinə və cənubuna böyük qüvvələr göndərmək üçün səfərbərlik elan etməyə imkan verəcək: “Mayın 9-da Rusiya qanunlarına uyğun olaraq rəsmi müharibə elanı Putinə ehtiyat qüvvələri səfərbər etməyə və Ukrayna müharibəsi üçün artan canlı qüvvə çatışmazlığı fonunda çağırışa imkan verəcək”.

Mayın 9-u üçün digər variantlar arasında Luqansk və Donetsk vilayətlərinin ilhaqı, cənubda Odessaya hücumun təşkili və ya Mariupola tam nəzarətin elan edilməsi daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.