Türkiyə və Qazaxıstan dövlət başçıları arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstanın dövlət başçısı Kasım-Jomərt Tokayev arasında görüş keçirilir.

Görüşdən əvvəl Bəştəpədə yerləşən Prezident iqamətgahında Qazaxıstan liderinin rəsmi qarşılanma mərasimi olub.

Türkiyə Prezidenti qazaxıstanlı həmkarını qarşılayıb.

Daha sonra R.T.Ərdoğanla Kasım-Jomərt Tokayev arasında görüş başlayıb. Dövlət başçıları ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edirlər.

Bundan əlavə, nümayəndə heyətləri arasında görüşlərin və sonra bir sıra sazişin imzalanması gözlənilir.

Qeyd edək ki, bu Tokayevin vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk dövlət səfəridir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.