Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bizimkilər anlamır ki, Zelenski danışığa getsə devriləcək” –

User 05 İyun 2022 - 15:26 (Last updated: 21 May 2025 - 20:15)
natiq ceferli
“Rusiyanın Ukraynaya təcavüzünün 100 gününü arxada qoyduq, görünən odur ki, hərbi anlamda “pat” vəziyyəti yaranıb, Kreml Ukraynanı işğal edə bilmədi”.
Azpost.info bildirir ki, bu sözləri REAL Partiyasnın rəsmisi Natiq Cəfərli Meta-da yazıb.
Onun sözlərinə görə, yaxın zamanlarda danışıqlar yenidən başlayacaq: “Sadəcə hər iki tərəf hərbi sahədə üstünlük qazanıb masaya oturmaq istəyir: Rusiya qondarma “DLR/LNR”-in inzibati sərhədlərinə çıxmaq və Xerson, Zaparojye vilayətlərinin işğalını davam etdirmək istəyir. Ukrayna isə həm Donbasda bacardıqca mane olmağa, həm də masaya qədər Xerson və Zaparojye vilayətlərini işğaldan azad etməyə çalışır.
Əgər masaya qədər Rusiya istədiyinə nail olsa, o zaman bizim də başımıza gələn “7 rayon” hekayəsi təkrarlana bilər – atəşkəs elanı, illərlə davam edən mənasız danışıqlar, Kremlin, “Krımı, “DLR/LNR”-i tanıyın, Xersondan, Zaparojyedən çıxaq”, nağılları başlayacaq, Moskva 90-larda Ermənistanın əli ilə bizə qarşı necə plan qurmuşdusa, eyni şeyi Ukraynanada da etməyə çalışacaq”.
N.Cəfərli deyib ki, Ukrayna bu gün haqlı olaraq danışıqlardan imtina edir. Masa qurulana qədər rəsmi Kiyev məhz Xerson və Zaparojye vilayətlərinin böyük hissəsini, ya da tamamını işğaldan azad etməyə çalışacaq: “Danışıqlar masasına zəif oturmaq münaqişəni uzun müddət “donduracaq”, Ukraynada heç vaxt sabitlik olmayacaq”.
“Bizim sosial şəbəkələrdə və mediada da zaman-zaman “ABŞ sülh istəmir, Qərb Ukraynanı danışıqlar aparmağa qoymur”, kimi “solovyov-skabeyavavari” tezislər səsləndirilir. İnsanlar anlamır ki, bu gün Zelenski danışıqlara razı olsa həmən vəzifəsini itirə bilər. Ukraynada indiki Kreml şərtləri ilə masaya otura biləcək siyasətçi yoxdur, eləsini xalq, cəmiyyət qəbul etməz-edə bilməz. Ona görə də, danışıqları indiki şərtlərlə məhz Ukrayna istəmir, “Qərbin diktəsi ilə Kiyev danışığa getmir”, tezisi mənasızdır”-deyə partiya rəsmisi vurğulayıb.
REAL-ın rəsmisnin fikrincə, amma bütün müharibələr sonunda məhz sülh danışıqları ilə nəticələnir:
“Əgər payıza qədər Ukrayna Xerson və Zaparojye vilayətlərinin böyük bir hissəsini işğaldan azad edə bilsə, bu həm Rusiyanı ayıldacaq, həm də danışıqlarda üstünlük saxlayacaq. Məncə, iki ölkənin hərbi prioriteti fərqlənir – Rusiya “DLR/LNR”-in sərhəddinə çıxmağı əsas hədəf sayır, Ukrayna isə məhz cənubu təmizləməyi əsas vəzifə hesab edir. Ona görə də, Ukraynaya daxil olacaq ağır silahları, yeni silahları biz Donbasdan daha çox məhz Xerson/Zaparojyedə görə bilərik və bu silahlar Ukraynaın masaya güclü oturması üçün həlledici ola bilər”.

Post navigation

Previous: Banqladeşdə yanğın baş verən anbarda 34 nəfərin cəsədi tapılıb
Next: Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.